Komando bölmələri yeni tədris dövründə müxtəlif tapşırıqların icrasını məşq etdirirlər - VİDEO
Nərmin Qocamanlı
Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edir.
"Operativ Media" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib.
Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı müvafiq qərarlarını bölmələrə çatdırıblar.
Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net