
Britaniyanın "Babcock International Group (Babcock)" və "Supacat" şirkətləri Britaniya ordusu üçün 70 ədəd "Jackal 3" döyüş maşınının istehsalına başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Army Recognition" portalı məlumat yayıb.
"Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu dövrlərdə Britaniya Ordusuna "Jackal 3"ün tədarükü ciddi addımdır. Bu avtomobillər Böyük Britaniyanın təhlükəsizliyini qoruyacaq, texnoloji cəhətdən inkişaf etmiş istehsalımız isə gələcək illər üçün regionda sosial dəyəri və iqtisadi rifahı dəstəkləyəcək", - məlumatda qeyd edilib.
"Supacat"ın baş icraçı direktoru Nik Ames qeyd edib: "Jackal 3" 25 illik xüsusi inkişafın və 45 illik korporativ inkişafın nəticəsidir. Komandamız onları qısa müddət ərzində və qabaqcıl texnologiyalardan istifadə etməklə çatdırmaq üçün Müdafiə Nazirliyi ilə birlikdə işləmişdir. Biz Britaniya Ordusunu yüksək səviyyəli məhsullarla təmin etmək üçün gələcəkdə də bu kimi addımları davam etdirəcəyik".
Portal bildirir ki, daşıyıcıların istehsalının 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.