Menyu

“Akıncı” PUA-ları Azərbaycan ordusuna hansı üstünlükləri gətirəcək?

Redaksiya
“Akıncı” PUA-ları Azərbaycan ordusuna hansı üstünlükləri gətirəcək?

Azərbaycan ordusu silah arsenalında hər zaman ən müasir silahlara üstünlük verib. Vətən müharibəsindən sonra ordu arsenalında olan silahların bir çoxu dəyişdirildi. Arsenalın yenilənməsi bu gün də davam etməkdədir. Artıq Hərbi Hava Qüvvələrinin balansında “Akıncı” pilotsuz uçuş aparatlarını da görmək mümkündür.

Bəs “Akıncı”ların digər PUA-lardan üstünlükləri hansılardır?

“Operativ Media” xəbər verir ki, Azərbaycan ordusunun arsenalında olan PUA-lar Türkiyə, İsrail istehsalı olmaqla yanaşı həm də yerli istehsaldır.

Vətən müharibəsi zamanı İsrailin “Harop” və “Hermes”, Türkiyənin “Bayraktar”, Azərbaycanın “Quzğun”, “İtiqovan” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi.

Pilotsuz uçuş aparatları arasında “Bayraktar”ların fəaliyyəti xüsusilə diqqət çəkdi. “Akıncı” isə “Bayraktar”dan bir üstün model hesab edilir.

Region ölkələrinin arsenalında olan hava hücumundan müdafiə vasitələri 5000 -6000 metr yüksəklikdən uçan hədəfləri təyin etmək qabiliyyətindədir. “Akıncı” isə 12 000 metr yüksəklikdən uçuş həyata keçirməklə radarlardan kənarda qalır.

24 saat havada qalan “Akıncı” 1350 kg faydalı yük daşıya bilir. Elektronik dəstək bortu, peyk informasiya mübadiləsi, hava hücumundan müdafiə radarları, maneə təyinetmə radarları bu PUA-nı qırıcı təyyarə ilə eyni statusa gətirir.

“Akıncı” MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kanatlı Güdüm Kiti (KGK)-MK-82, Gökdoğan, Bozdoğan, SOM-A kimi lazerli raketlərlə təchiz edilib.

Teqlər:

"\u201cAk\u0131nc\u0131\u201d PUA-lar\u0131 Az\u0259rbaycan ordusuna hans\u0131 \u00fcst\u00fcnl\u00fckl\u0259ri g\u0259tir\u0259c\u0259k?"

Əlaqəli Xəbərlər