http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Quru Qoşunlarında daşqaldırma birinciliyi keçirilib

10 Fevral 2024 , 16:26
Quru Qoşunlarında daşqaldırma birinciliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Quru Qoşunlarında hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib. 

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən öncə komandaların püşkatma mərasimi keçirilib, yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Birdən və təkanla qaldırma üzrə 39 nəfər hərbi qulluqçunun iştirak etdiyi birincilikdə 7 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Daşqaldırma birinciliyində iştirak edən “Şəmkir”, “Bərdə” və “Hadrut” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, qaliblər cari ilin mart ayında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu