16 Fevral 2024, 10:08
Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir
Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir şəkil
Azərbaycan Ordusunda komanda-qərargah səfərbərlik təlimi keçirilir

2024-cü ilin hazırlıq planına əsasən "N" hərbi hissəsində komanda-qərargah səfərbərlik təlimi keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlim müddətində qəbul məntəqələrinin açılması, şəxsi heyətin qəbulu prosesinin öyrənilməsi, bölmələrin səfərbərliklə komplektləşdirilməsi və döyüş uzlaşmasının təşkili, əməliyyat təyinatı rayonuna yerdəyişmənin həyata keçirilməsi və ərazidə yerləşmə üzrə hesabların dəqiqləşdirilməsi, eləcə də əməliyyat təyinatı rayonunun tutulması və hücum əməliyyatının təşkili mövzularında fəaliyyətlər icra edilib və yerinə yetirilən fəaliyyətlərlə bağlı məruzələr dinlənilib.

Təlimin məqsədi səfərbərlik resurslarının dəqiqləşdirilməsi və icra olunan səfərbərlik tədbirlərinin müasir standartlara uyğunlaşdırılmasıdır.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB