16 Fevral 2024, 12:52
İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib
İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib şəkil
İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib

2024-cü ilin hazırlıq planına uyğun olaraq, "N" hərbi hissəsində ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə təlim-metodiki toplantı keçirilib.
MN-dən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Toplantıda ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində ötən il ərzində görülən işlərə, əldə olunan nailiyyətlərə və nöqsanların aradan qaldırılmasına dair məruzələr dinlənilib, cari ildə bu istiqamətdə görüləcək işlər, perspektiv planlar müzakirə olunub.
Həmçinin Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin aparılması və qarşılıqlı münasibətlərin düzgün təşkil edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Toplantıda zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsi istiqamətində görülən işlərə dair məruzələrlə çıxış ediblər.

Son xəbərlər
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB
Azərbaycan PL-də 23-cü turun hakim təyinatları açıqlandı
Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir
Papa Fransisk xəstəxanaya qaldırılıb