25 Fevral 2024, 11:35
Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib - FOTO
Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib - FOTO şəkil
Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib - FOTO

2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən bildirilib.

Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir.

Qeyd olunub ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.

Bildirilib ki, təlim toplanışında qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib.

Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər aidiyyəti dövlət onlara ayrılmış xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb