27 Fevral 2024, 17:07
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO şəkil
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO

Yarışdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov bildirib ki, mütəmadi idmanla məşğul olan hərbi qulluqçu daha dözümlü, yüksək əhval-ruhiyyədə  olur, verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir. Bu səbəbdən də ordumuzda şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət yetirilir,  “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir.
Polkovnik-leytenant Vahid Məmmədov birinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib.
13 komandadan 78 idmançının 6 çəki dərəcəsində mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma üzrə keçirilib.
Fərdi və komanda halında  qaliblər hər iki növ çalışmada yığılmış xallara əsasən müəyyən edilib. Yekun nəticələrə əsasən komanda hesabında  birinci və  ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə motoatıcılar qərarlaşıb.
Yarışın sonunda fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaran qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Son xəbərlər
"Real Madrid" 1/4 finala yüksəldi
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib