29 Fevral 2024, 10:03
Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir
Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir şəkil
Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən "Hərbi tibb kursu" keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən,  Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə "Hərbi tibb kursu" keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən "NATO-nun tibbi dəstəyi", "Hərbi tibbi planlaşdırma" və "Tibbi təxliyənin planlaşdırma"sı və digər mövzularında məruzələr təqdim olunur.

Cari ilin mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir.

Son xəbərlər
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib