İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
O, qeyd edib ki, görüşdə BMT ilə ölkəmiz arasındakı əməkdaşlığın gündəliyindəki məsələlər müzakirə edilib.
Bundan başqa görüşdə dayanıqlı inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, enerji səmərəliliyinə investisiyaların artırılması istiqamətində layihələrin perspektivləri, COP29 la bağlı potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.






