İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Qünter Qraberlə görüş keçirilib.
Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı sərmayədarlar fəal işbirliyinə dəvət olunub.
Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.
***
16:47
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və bu ölkənin "Grabher Group GmbH" şirkətinin təsisçisi və baş icraçı direktoru Qünter Qraber ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.
"Görüşdə ölkəmizin inklüziv biznes mühiti, potensial əməkdaşlıq sahələri və birgə sənaye layihələrinin həyata keçirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.