Menyu

Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücüdə hansı sənədlər olmalıdır?

Nərmin Qocamanlı
Qanuni şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücüdə hansı sənədlər olmalıdır?

“Real” televiziyasında taksi sürücüləri arasında keçirilən reydlə bağlı yayımlanan reportaj geniş müzakirələrə səbəb olub.

Reyddə saxlanılan sürücü AYNA-nın əməkdaşına 10-a yaxın sənəd göstərir.

Bəs qanunvericiliyə əsasən taksi fəaliyyəti ilə məşğul olan sürücü hansı sənədləri özü ilə gəzdirməlidir?

Mözvu ilə bağlı “Operativ Media”nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:

“Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İcazələrin alınması üçün tələb olunan sənədlər isə onlayn qaydada toplanaraq sistemə yerləşdirilir. AYNA tərəfindən sürüclərdən elektron qaydada buraxılış vəsiqəsi və buraxılış kartı yoxlanılır. Eyni zamanda nəqliyyat vasitələrinin reys qabağı texniki müayinəsi və sürüclərin reys qabağı tibbi müayinəsi yoxlanılır”.

Teqlər:

"Qanuni \u015f\u0259kild\u0259 taksi f\u0259aliyy\u0259ti il\u0259 m\u0259\u015f\u011ful olmaq \u00fc\u00e7\u00fcn s\u00fcr\u00fcc\u00fcd\u0259 hans\u0131 s\u0259n\u0259dl\u0259r olmal\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər