http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Cəmil Həsənlinin nəvəsinə dəyəri yüz minlərlərlə olan avtomobili kim bağışlayıb? - İDDİA

22 May 2024 , 07:52
Cəmil Həsənlinin nəvəsinə dəyəri yüz minlərlərlə olan avtomobili kim bağışlayıb? - İDDİA

Ötən gün Bakı Ağır Cinayətlər məhkəməsində Xeberaz.az xəbər saytının baş redaktoru Tural Əliyevin məhkəməsi baş tutub. İş üzrə zərərçəkmiş şəxs qismində Nəriman Mənsimov tanınıb. 

Lakin zərərçəkmiş məhkəməyə gəlməkdən imtina etdiyi üçün onun barəsində hakim məhkəməyə məcburi gətirilmə haqqında qərar verib. 15 mayda davam edən məhkəmə prosesində bir neçə şahidlər dindirilib. 

Yadda qalan şahidlərdən biri də Aytən Həsənli olub amma o nədənsə məhkəmə zalına Aytən Məmmədova kimi təqdim edilib. İfadəsi zamanı məlum olub ki, Aytən Məmmədova 2013-cü ildə prezdentliyə namizəd olmuş Azərbaycan hakimiyyətini radikal şəkildə tənqid edən, özünü siyasi düşərgədə cəmiyyətə müxalifətin aparıcı qollarından biri kimi sırımağa çalışan və hal-hazırda Milli Şura adlı qurumun sədri olan Cəmil Həsənlinin nəvəsidir. 

Aytən Məmmədova istintaqa verdiyi ifadəsində ilk dəfə ölkədən kənarda yaşayan Cəlal Məmmədov adlı şəxsi tandığını bildirib. Cəlal Məmmədov 300-500 manat pul qarşılıqında bir neçə nəfər xanımın intim xidmətlərini müştərilərə təklif edirmiş.

Aytən Məmmədova da ona yaxın şəxslərdən olub. Daha sonra Nəriman Məsimovla münasibəti yaranıb. Heç bir yerdə rəsmi işləməyən Aytən Məmmədova 2022 ci il modeli olan "RANGE ROVER SPORT" markalı avtomobilin ilk olaraq Azərbaycanda onda olduqunu qeyd edib. 

Tural Əliyev onun sevgilisi olan Nərimana zəng edərək nədən ölkə prezdentinin və ölkənin adını hər zaman ləkələməyə çalışan Cəmil Həsənlinin qızına dəyəri yüz minlərlə manata olan bahalı maşın aldığını soruşub. "Dövlət sənin atana vəzifəni ona görə verib ki, gedib hansısa muxalifətçinin nəvəsinə bahalı maşın alasan?" kimi suallar verib.

Daha sonra bu məsələni ictimailəşdirəcəyini deyib. Nəriman ondan məsələni ictimailəşdirməməsini, kart hesabı atmasını istəyib. Kart hesabını atmaqdan imtina etdiyi üçün müəyyən vasitələrlə onun kart hesabını taparaq ora 1800 manat pul köçürüb. 

Ardınca isə şantaj olunması ilə bağlı hüquq-mühafizə orqanlarına şıkayət edib. Nəticədə media nümayəndəsi saxlanılaraq ona qarşı Cinayət Məcəlləsinin 182.2.2 (bir qrup şəxs tərəfindən vəzifəli şəxslər və vətəndaşlar haqqında rüsvayedici xəbərlər paylaşmaq hədə-qorxusu yolu ilə pul tələbetmə) maddəsi ilə ittham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə proses davam etdirilir. (Azerbaycanrealligi.com)

 

OXŞAR XƏBƏRLƏR
UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Nazir müavini: Hazırda COP29-a hazırlıq işləri zirvə mərhələsindədir

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu