Sabunçuda evdə yanğın olub, bir nəfər xəstəxanaya müraciət edib - YENİLƏNİB-1

admin
Sabunçuda evdə yanğın olub, bir nəfər xəstəxanaya müraciət edib - YENİLƏNİB-1

Bakı şəhərinin Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21:12

Bakının Sabunçu rayonunda evdə yanğın olub.

"Operativ Media" xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsində qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın məhdudlaşdırılıb. 

Digər xəbərlər