"WhatsApp"da audio statusların vaxt limiti artırılıb
Nərmin Qocamanlı
“WhatsApp” istifadəçiləri artıq 1 dəqiqəlik audio statuslar paylaşa bilərlər.
"Operativ Media" xəbər verir ki, əvvəllər bu vəziyyət video kimi 30 saniyə ilə məhdudlaşırdı.
Əslində isə "WhatsApp"ın iOS üçün 24.10.10.74 və Android üçün 2.24.7.6 versiyalarında bir dəqiqəlik video statusunu təyin etmək mümkün olub. İndi səsli statuslar üçün bu funksiya keçərli olacaq.
Qeyd edək ki, funksiya hazırda beta sınaq mərhələsindədir və az sayda istifadəçi üçün əlçatandır. Amma tezliklə test edənlərin sayı artacaq. Funksionallığın hamıya nə vaxt təqdim ediləcəyi hələlik açıqlanmayıb.
Teqlər:
"\"WhatsApp\"da audio statuslar\u0131n vaxt limiti art\u0131r\u0131l\u0131b"