İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovu ov silahı ilə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
***
20:05
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub.
Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.






