http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Hamster Kombat bot" teleqram oyunu ilə pul qazanmaq mümkündür?

09 İyun 2024 , 13:23
3700
"Hamster Kombat bot" teleqram oyunu ilə pul qazanmaq mümkündür?

Son bir neçə həftədə kriptovalyuta dünyasında tez-tez danışılan mövzulardan biri "Hamster Kombat" teleqram oyunudur. Bu oyun istifadəçilərə ekrana klik edərək koinlər yığmağı və müxtəlif səviyyələrdən keçdikdən sonra pulqazanma təklif edir.

"Operativ Media" ölkəmizdə də kifayət qədər məşhurlaşan bu bot vasitəsilə pul qazanmağın nə dərəcədə real olmasını araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, bot qısa müddət ərzində teleqramda 100 milyona yaxın izləyici toplaya bilib. Təkcə yutub kanalında isə 20 milyon abunəçi var. Kanalda 6 iyunda yerləşdirilən videoya 50 milyon baxış gəlib. Bütün bunlar artıq sözügedən oyunun nə qədər populyar olduğunu bir daha göstərir. 

Kriptovalyuta bazarı üzrə mütəxəssis Ceyhun Babayev "Operativ Media"ya bildirib ki, bu cür oyunlar əslində bazarda tez-tez meydana çıxır. Əsas onlardan hansının uğurlu olaraq daha çox insana çata bilməsidir. 

"Hamster Kombat" oyununun da prinsipi başqaları ilə eynidir. İstifadəçilər ekrana klikləyərək pul qazandıqlarını düşünürlər. Əslində ekrana klikləyərək bu oyunda sadəcə zaman itirmək olar. Koinləri artırmaq üçün dostlarını oyuna dəvət edə və ya oyunun daxilindəki müxtəlif missiyaları tamamlamalısan. Bu oyun qısa müddət ərzində çox böyük kütləyə çatıb. Əlbəttə ki, 100 milyon istifadəçinin hamısı bu oyunla pul qazana bilməyəcək. Çünki nəzərə almaq lazımdır ki, 100 milyon istifadəçinin hərəsi gündə 1 dollar qazansa, bu elə günə 100 milyon dollar edir. Biz bu "Hamster Kombat" oyunun arxasında 100 milyon dollarlarla investisiya görmürük. Həm də düşünün ki, bu 100 milyon cəmi 1 günə olan xərcdir. Bu cür oyunlar bəzən təsadüfən məşhurlaşır və qurucular onun bu qədər populyar olacağını əvvəlcədən hesablamırlar. Sonda isə istifadəçiyə vəd olunan pulu ödəyə bilmirlər. Qısa populyarlıqdan sonra istifadəçilər bunun boş bir iş olduğunu görüb oyunu tərk edirlər".

Ceyhun Babayev onu da bildirib ki, bu cür proqramlardan pul qazanmaq bəzi hallarda mümkündür:

"Pul qazanmaq üçün gərək bu oyuna birinci başlayanlardan olasan. Bunların hər biri piramida sistemi ilə işləyir. Əgər sizin minlərlə nəfər referal yığmaq imkanınız yoxdursa, deməli ən az pulu siz qazanacaqsınız, yaxud da pul qazanmayaraq, vaxtınızı itirəcəksiniz. "Hamster Kombat" oyunundan kimlərinsə pul qazanması mümkün ola bilər. Amma bu rəqəm az olacaq, qazanılan məbləğ də yüksək olmayacaq".

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu