Menyu

"Koroğlu" metrostansiyasında bir sərnişinin ölüm faktı qeydə alınıb

"Koroğlu" metrostansiyasında bir sərnişinin ölüm faktı qeydə alınıb
1 dəq oxu

Qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

Bu barədə "Operativ Media"ya "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaşı olduğu təxmin edilən sərnişin az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib. 

Əlaqəli Xəbərlər