Menyu

Misir və Aİ arasında bir neçə saziş imzalanıb

Nərmin Qocamanlı
Misir və Aİ arasında bir neçə saziş imzalanıb

Qahirə və Avropa İttifaqı yaşıl hidrogen və yaşıl ammonyak istehsalı və əlaqədar müəssisələrin tikintisi sahəsində əməkdaşlıq haqqında bir neçə saziş imzalayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Misirin Planlaşdırma və İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Hala əl-Səid bildirib.

Onun sözlərinə görə, Qahirə bir çox Avropa şirkətləri ilə birlikdə Misirdə bu sahə ilə bağlı bizneslərin yaradılması üzərində işləyir.

O, Misirdə “Volkswagen” avtomobil zavodunun tikintisi ilə bağlı müqavilənin imzalanmasının da nəzərdə tutulduğunu vurğulayıb.

Misir hökumətinin mətbuat xidməti əlavə edib ki, bu sazişlər çərçivəsində Aİ-nin ayırdığı vəsaitin ümumi məbləği 299 milyon avro təşkil edir.

Teqlər:

"Misir v\u0259 A\u0130 aras\u0131nda bir ne\u00e7\u0259 sazi\u015f imzalan\u0131b"

Əlaqəli Xəbərlər