Husilər hərəkatı İraq İslam Müqaviməti ilə birlikdə İsrailin Hayfa şəhərinə raket zərbələri endirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Husi ordusunun sözçüsü Yəhya Səriyə bildirib.
"Yəmən silahlı qüvvələri və İraq İslami Müqaviməti birgə hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı onlar Hayfada mühüm hədəfə bir neçə qanadlı raket zərbəsi endiriblər", - hərəkatın nümayəndəsi Husilərə bildirib.