http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Yeni tələbə kartında ictimai nəqliyyat üçün güzəştlər nəzərdə tutulurmu?

09 İyul 2024 , 11:50
Yeni tələbə kartında ictimai nəqliyyat üçün güzəştlər nəzərdə tutulurmu?

Azərbaycanda ictimai nəqliyyatın qiymətinin bahalaşması cəmiyyətin bəzi fərdlərinə təsirsiz ötüşməyib.

Xüsusilə tələbələr aylıq xərclərinin artdığını deyirlər.

Azərbaycan Dillər Univerisitetinin tələbəsi Nərmin Əsədli deyir ki, yaşadığı Ceyranbatan qəsəbəsindən universitetə gəlib-qayıtmaq üçün gündəlik 3 manat pul xərcləyir:

“Əvvəl bütün tələbə təqaüdüm yol puluna gedirdi. İndi isə həm manatlıq taksilər qiytməti qaldırıb, həm də ictimai nəqliyyat bahalaşıb. Yeni dərs ilindən isə azı 4 manat xərcim olacaq. Qiymət artımı zamanı ən azından tələbələr nəzərə alınmalı idi”.

Bir çox ölkələrdə tələbələr üçün güzəştlər olsa da, Azərbaycanda tələbələr üçün imtiyazlar yoxdur. Elm və Təhsil Nazirliyi tələbələr üçün xüsusi imtiyazlar təqdim edən vahid tələbə kartının yaradılması ilə bağlı açıqlama yayıb.

Bəs bu kart tələbələr üçün hansı imkanlar yaradacaq?

“Operativ Media”ya açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, bir çox ölkədə tələbələr üçün müəyyən güzəştlər tədbiq edilir. Ölkəmizdə də bu güzəştlərin olması üçün vahid tələbə platformasına ehtiyac var.  

“Bəzi tələbələrin yaşı az olduğu üçün valideynlər onların adına bank hesabı aça bilmirlər. Amma yeni kart bank əməliyyatlarının icrasına, tələbə biletinin əvəz edilməsinə, həmçinin istifadə zamanı müxtəlif güzəşt və endirimlərdən yararlanmağa şərait yaradacaq. Tələbələr üçün güzəştlərin tətbiq edildiyi ölkələrdə görürük ki, onlar digər ailə üzvlərinə və dostlarına həmin kartdan istifadə etməyə verirdilər. Bu da yaxşı hal deyil. Biz də dünya təcrübəsindən fərqli olaraq demişik ki, tələbələr yalnız dərs saatlarında bundan istifadə edə bilsinlər. Tələbələr üçün bu güzəştlər onların fəaliyyət sahəsi ilə üst-üstə düşən yerlərdə güzəştlər tətbiq edilsin. Yəni gecə saatlarında onların ehtiyacı olmadan nəqliyyatda və digər daşıyıcılarda güzəştlərin tədbiq edilməsi, sui-istifadəyə gətirib çıxaracaq”.

Təhsilin İnkişafı Fondunun əməkdaşı Aysel Məhərrəmova bildirir ki, vahid tələbə kartının istifadəsi yeni tədris ili üçün nəzərdə tutulur. Eyni zamanda bu kart bütün ali təhsil müəssisələrində yerli və əcnəbi tələbələr üçün keçərli olacaq:

“Bu kartın özəlliyi ondan ibarətdir ki, “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkətinin təqdim etdiyi xüsusi kəşbekləri, promokodları, endirimləri özündə birləşdirəcək. Tələbələr kafe, restoran, kitab və dəftərxana ləvazimatları, tibbi müəssisələr hətta muzeylərdə bu kartdan istifadə edərək xüsusi güzəştlər əldə edəcəklər. Kartın yaxın zamanda nəqliyyatda da keçərli olması planlaşdırır. Bunun üçün hazırda müvafiq qurumlarla danışıqlar aparılır”.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb

Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB

İlham Əliyev İslamabadda "Milli Aerokosmik Elm və Texnologiya Parkı"nda hərbi sərgi ilə tanış olub - YENİLƏNİB

COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib

COP29 komandası Budapeştdə ətraf mühit nazirlərinin görüşündə fəaliyyət planını müzakirə edib

XƏBƏR LENTİ
  • 22:57

    Ərdoğan Çinə səfər edə bilər
  • 22:43

    Ərdoğan Zəngəzur dəhlizinin açılması məsələsindən danışıb
  • 22:29

    Ərdoğan: Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir
  • 22:22

    Azərbaycan millisi Macarıstana məğlub oldu
  • 22:15

    Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib
  • 22:01

    ABŞ Gürcüstana yardımı dondurur
    ABŞ Gürcüstana yardımı dondurur
  • 21:47

    Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib
  • 21:33

    Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər
Menyu