Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər 22 faizə yaxın azalıb
Nərmin Qocamanlı
Ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 18 518 cinayət qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onların 94,5 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2023-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 21,7, mülkiyyət əleyhinə olanlar 11,4, oğurluqlar 38,9, quldurluqlar 10,3, soyğunçuluqlar 41,3, yetkinlik yaşına çatmayanların cinayətləri 27,4, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 3,9 faiz azalıb.