Menyu

Trampın güllələnməsinin motivləri hələlik məlum deyil

Trampın güllələnməsinin motivləri hələlik məlum deyil

"ABŞ-nin səlahiyyətli orqanları hələlik ölkənin keçmiş Prezidenti Donald Trampın güllələnməsinin motivlərini bilmirlər". 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşı Kevin Rojek mətbuat konfransında bildirib.

"Hazırda biz atəş açan şəxs barədə motivləri müəyyən etməmişik. Müstəntiqlər məsələ ilə bağlı çalışır", - Rojek qeyd edib. 

Onun sözlərinə görə, FBİ Trampın mitinqi ilə bağlı hər hansı konkret təhdid məlumatı almayıb. 

Eyni zamanda, o, jurnalistin atışmanın nəticələrinin daha ciddi ola biləcəyi ilə bağlı sualına müsbət cavab verib. 

 

 

Teqlər:

"Tramp\u0131n g\u00fcll\u0259l\u0259nm\u0259sinin motivl\u0259ri h\u0259l\u0259lik m\u0259lum deyil"

Əlaqəli Xəbərlər