Menyu

Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq

Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq

"Macarıstan Bratislavada hava hücumundan müdafiə sistemlərinin və hərbi aviasiyasının olmaması səbəbindən Slovakiyanın hava məkanını qorumaq üçün tədbirləri genişləndirməyə razılaşıb".

"Operativ Media" xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Budapeştə səfəri zamanı deyib.

"Mən çox şadam ki, biz gələn həftə hava məkanına tədricən nəzarəti ələ keçirəcək ilk iki F-16-nı Slovakiya Respublikası ərazisində qarşılaya biləcəyik, lakin 2025-ci ilin sonuna qədər biz yenə də Macarıstan Respublikasının köməyindən asılı olacağıq", - deyə Prezident qeyd edib.

Slovakiya dövlətinin başçısı onu da vurğulayıb ki, Slovakiyada hələlik hava hücumundan müdafiə sistemləri və ya özünün hərbi aviasiyası yoxdur, çünki əvvəlki hökumət MiQ-29 qırıcılarını və zenit sistemlərini Ukraynaya yardım kimi təhvil verib.

Slovakiya 14 ədəd Amerika F-16 döyüş təyyarəsi partiyası sifariş edib. İstehsal üçün lazım olan elektron komponentlərin çatışmazlığı səbəbindən bu təyyarələrin tədarükü təxirə salınıb. 

 

 

Teqlər:

"Macar\u0131stan 2025-ci ilin sonuna q\u0259d\u0259r Slovakiyan\u0131n hava m\u0259kan\u0131n\u0131 qoruyacaq"

Əlaqəli Xəbərlər