Ayətullah Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi
İran İslam Respublikasının lideri Ayətullah Əli Xamenei Məsud Pezeşkianı rəsmi olaraq yeni prezident kimi təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına və idarə əməkdaşlarına seçkilərin uğurlu keçirmələrinə görə təşəkkür edib. Ayətullah Xamenei daha sonra Pezeşkiyanın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Pezeşkian iyulun 30-da İran parlamentində and içəcək.
Teqlər:
"Ay\u0259tullah Xamenei Peze\u015fkian\u0131 \u0130ran\u0131n yeni prezidenti kimi t\u0259sdiql\u0259di"