Menyu

Laçında Azərbaycan ordusunun 4 hərbi qulluqçusu vəfat edib

Nərmin Qocamanlı
Laçında Azərbaycan ordusunun 4 hərbi qulluqçusu vəfat edib

İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

Teqlər:

"La\u00e7\u0131nda Az\u0259rbaycan ordusunun 4 h\u0259rbi qulluq\u00e7usu v\u0259fat edib"

Əlaqəli Xəbərlər