Menyu

Binəqədidə talama hadisəsi qeydə alınıb

Operativ Media
Binəqədidə talama hadisəsi qeydə alınıb
1 dəq oxu

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. Zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib.

DİN-dən Operativ Media-ya bildirilib ki, bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirib, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər