Bakının bəzi küçələrində zolaqlara COP29 loqosu yerləşdirilib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd olunur ki, tədbirlə əlaqədar hərəkətdə olan xüsusi nəqliyyat vasitələri bu zolaqlardan istifadə edəcəklər.






