Azərbaycanda ən çox hansı sosial mediadan istifadə edilir?

Nərmin Qocamanlı
Azərbaycanda ən çox hansı sosial mediadan istifadə edilir?

Azərbaycanda ən çox hansı sosial şəbəkədən istifadə edilir?

"Operativ Media" mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəznə sorğu ünvanlayıb.

Bildirilib ki, Azərbaycan əhalisi ən çox “Youtube” platformasından istifadə edir:

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan əhalisinin sosial mediadan istifadə imkanları ilə bağlı rəy sorğusu həyata keçirib. 

Respondentlərə ünvanlanan “hansı sosial medialardan istifadə edirsiniz” sualına 43,6% “Youtube”, “35,8% “İnstagram”, 26,5% “Facebook”, 25% “TikTok”, 6,4% isə “X” cavabı verib.

Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. Məsələn, 37,7% kişi respondent “Facebook” istifadə etdiyini söyləsə də, cəmi 15,7% qadın respondent “Facebook” istifadəçisi olduğunu bildirib. Bu göstərici digər sosial medialar üçün də xarakterikdir. Yalnız “İnstagram” istifadəçiləri arasında qadınlar kişilərdən daha çoxdur(37,6% qadın, 34% kişi).

Digər sosial media istifadəçilərinin gender göstəriciləri ilə belədir:“Youtube”- 44% kişi, 43,1% qadın, “TikTok”- 27,7% kişi, 22,3% qadın, “X” – 9,9% kişi, 3% qadın.

 

Gülcahan Məmmədova

Digər xəbərlər