Menyu

Azərbaycan OPEC Fondunun prezidentilə "yaşıl enerji” keçidini müzakirə edib

Azərbaycan OPEC Fondunun prezidentilə "yaşıl enerji” keçidini müzakirə edib

COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə ölkənin "yaşıl enerji” keçidi planlarını müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Fondun "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, tərəflər həmçinin "Azərbaycan 2030" sosial-iqtisadi inkişafa dair milli strategiyanın həyata keçirilməsində OPEC Fondunun rolunu nəzərdən keçirib.

"Əl-Xəlifə Fondun iqlim təşəbbüslərinin təşviqinə sadiqliyini təsdiqləyib, COP29 sədrliyinə davamlı layihə və təşəbbüslərin inkişafındakı səylərinə görə təşəkkürünü bildirib. Müzakirələrin nəticəsi olaraq tərəflər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və Azərbaycanın iqlim siyasətini dəstəkləmək üçün birgə işi davam etdirməyi razılaşdırıblar", - deyə paylaşımda qeyd olunub.

Teqlər:

"Az\u0259rbaycan OPEC Fondunun prezidentil\u0259 \"ya\u015f\u0131l enerji\u201d ke\u00e7idini m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər