16 Noyabr 2024, 15:21
Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili ilə görüşüb
Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili ilə görüşüb şəkil
Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili ilə görüşüb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 15-də Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb. 

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Ölkəmizdə keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirin dünya üçün böyük töhfələr verə biləcəyini qeyd edən qonaq tədbir çərçivəsində təşkil olunan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun  fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Görüşdə, həmçinin, Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Son xəbərlər
Ötən həftə 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb