Menyu

“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb

“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb

“Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev 5 oyunluq cəzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin son iclasında qərar qəbul olunub.

Buna mütəxəssisin noyabrın 8-də U-15 Liqasında keçirilən “Turan Tovuz”la matçın 67-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu onların ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılıb. O, həmçinin müstəsna hal kimi 500 manat cərimə edilib.

Sözügedən oyunda “Qarabağ”ın futbolçusu Oqtay Mehrəliyev də cəzalandırılıb. O, qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyunluq diskvalifikasiya olunub.

“Qarabağ”ın azarkeşləri də hakimləri təhqir və təhdid ediblər. Bu hal oyunboyu davam etdiyinə görə komandanın növbəti oyununun azarkeşsiz keçirilməsinə qərar verilib.

Teqlər:

"\u201cQaraba\u011f\u201d\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi t\u0259hqir v\u0259 t\u0259hdid\u0259 g\u00f6r\u0259 5 oyunluq c\u0259zaland\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər