Oman İnvestisiya Təşkilatı ilə regional tərəfdaşlıq imkanları müzakirə olunub
Nərmin Qocamanlı
Iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də paylaşım edib.
"Görüşdə qurumun G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirdik", - nazir bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma