Menyu

“SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb

Əsəd Abbaslı
“SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb
1 dəq oxu

COP29 çərçivəsində noyabrın 19-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan "Operativ Media"a bildiriblər ki, tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

Əlaqəli Xəbərlər