Menyu

Putin: Tramp hələ də təhlükədədir

Əsəd Abbaslı
Putin: Tramp hələ də təhlükədədir
1 dəq oxu

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təhlükədə olduğunu düşünür.

"Operativ Media" xəbər verir ki, bu barədə o, Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında söyləyib.

O bildirib ki, ABŞ-də Trampa qarşı tamamilə qeyri-sivil mübarizə üsullarından, o cümlədən sui-qəsd cəhdindən istifadə olunub:

"Bəli, o, hələ də təhlükədədir. ABŞ tarixində belə hallar baş verib".

Putin, həmçinin Trampın hazırkı prezident Co Baydenlə görüşdə nə danışdıqlarını bilmədiyini, ona görə də onların söhbətini şərh etməyəcəyini söyləyib.

Əlaqəli Xəbərlər