İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar yekunlaşıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiya nümayəndə heyəti altı saatdan çox sürən danışıqlar yerini şərhsiz tərk edib.
Nümayəndə heyətləri arasında iki ölkə səfirliklərinin işindəki problemlərə dair müzakirələr aparılıb.
***
11:21
Rusiya və ABŞ nümayəndələri arasında səfirliklərin işi ilə bağlı danışıqlar Amerikanın İstanbuldakı baş konsulunun iqamətgahında keçirilir.
Operativ Media bu barədə RİA-ya istinadən xəbər verir.
Məlumata görüş, Moskva vaxtı ilə saat 10:00 radələrində (Bakl vaxtı ilə 11:00) başlayıb.