Vyetnam azad ticarət zonası yaradacaq

Şəfa Hüseynli
Vyetnam  azad ticarət zonası yaradacaq

Vyetnam Hai Phong-da təxminən 6300 hektar ərazini əhatə edən yeni azad ticarət zonasının yaradılmasını təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "Vietnam News" məlumat yayıb.

Bildirilib ki,  liman şəhərini sənaye, logistika, yüksək texnologiyalar və maliyyə üçün regional mərkəzə çevirmək məqsədi daşıyır.

Zonanın inkişafı iki mərhələdə planlaşdırılır. Birinci mərhələdə, 2025-ci ildən 2030-cu ilə qədər hakimiyyət orqanları qanunvericilik bazasının yaradılmasına, əsas infrastrukturun qurulmasına və pilot idarəetmə mexanizmlərinin tətbiqinə diqqət yetirəcək. Prioritetlərə liman və logistika əlaqələrinin inkişafı, idarəetmə modellərinin təkmilləşdirilməsi, inzibati və gömrük prosedurlarının sadələşdirilməsi daxildir.

2030-2035-ci illər üçün nəzərdə tutulan ikinci mərhələyə zonanın genişləndirilməsi, kommunal infrastrukturun tamamlanması və yüksək texnologiyalı şirkətləri, yaşıl istehsal, biotexnologiya və rəqəmsal logistikanı cəlb etmək üçün əlavə stimulların tətbiqi daxildir. Şəhər eyni zamanda vahid istehsal və innovasiya ekosistemi yaratmaqla yeni zonanı mövcud sənaye parkları və logistika mərkəzləri ilə birləşdirməyi planlaşdırır.


Digər xəbərlər