Bakıda Millətlər Liqasının açılış mərasimi keçirilib
Əziz Əzizli
Bakıda amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, mərasim “Bayıl Arena”da baş tutub.
Tədbirdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Rəsmi çıxışlardan sonra isə tədbir bədii hissə ilə davam edib.
C qrupunun oyunlarına bu gün start veriləcək. Üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.
C qrupunun bütün oyunları “Bayıl Arena”da keçiriləcək. Turnirin açılış matçında Azərbaycan millisi Belçika ilə üz-üzə gələcək.