45,5 milyon dollarlıq sement ixrac edilib

Şəfa Hüseynli
45,5 milyon dollarlıq sement ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 45,5 milyon ABŞ dolları dəyərində 716,7 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.


Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata  əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,6 faiz və ya 7,7 milyon dollar, həcm olaraq isə 17,6 faiz və ya 107,1 min ton çoxdur.

Cari ilin ilk 9 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,24 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,72 faizə bərabər olub.

Digər xəbərlər