Valideynlərini itirmiş şəxslər 2600 manat müavinəti necə əldə edə bilərlər?

Nərmin Qocamanlı
Valideynlərini itirmiş şəxslər 2600 manat müavinəti necə əldə edə bilərlər?
Deputat Vüqar Bayramov valideynlərini itirmiş şəxslərin 2600 manat birdəfəlik müavinəti necə əldə edə biləcəklərinə aydınlıq gətirib.

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinət ödəniləcək.

Operativ Media xəbər verir ki, bu barədə Vüqar Bayramov "Facebook" hesabında paylaşım edib.

"Bu müavinəti necə almaq ilə bağlı qeyd etmək istərdik ki, bu vəsait hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir. Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər.

Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür",- deyə o qeyd edib.

Digər xəbərlər