"Apple"ın bazar dəyəri cəmi bir neçə saat ərzində 3,37 trilyon dollardan 3,12 trilyon dollara düşüb.
Operativ Media xəbər verir ki, Trampın bu həmləsi şirkətin 250 milyard dollardan çox dəyər itirməsinə səbəb olub.
Trampın elan etdiyi yeni tariflər "Apple"ın Çin, Tayvan, Hindistan və Vyetnamdakı istehsal mərkəzlərinə və təchizatçılarına birbaşa təsir edəcək. Tariflərin iPhone, iPad, Mac və şirkətin digər aksesuar modellərini əhatə edəcəyi gözlənilir.