Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin" nisbətən ucuzlaşıb.
Operativ Media xəbər verir ki, dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin" və digərləri bir neçə gündür ucuzlaşmağa davam edir.
Ucuzlaşma Amerika prezidentinin ticarət tariflərinin tətbiqi ilə əlaqələndirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir.
Bildirək ki, Azərbaycandan ABŞ-yə idxal olunan məhsullara 10 faiz rüsum tətbiq edilib.
Gülcahan Məmmədova