Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığı müzakirə edib

admin
Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığı müzakirə edib
Mikayıl Cabbarov Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərimizi bölüşdük"- deyə, məlumatda qeyd olunub.

Digər xəbərlər