ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 milyon manat olub

admin
ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 milyon manat olub
Bu ilin I rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 mln. manat olub.

2025-ci ilin I rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin idarə olunmasından əldə edilən gəlir 232 mln. manat olub.

ARDNF-dan Operativ Media-ya verilən məlumata görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 999 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. 2025-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilmişdir. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 7,0 milyon manat təşkil edib.

Digər xəbərlər