İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlanıb

admin
İşğaldan azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlanıb
Azərbaycan I rübdə Qarabağ və Şərqi Zəngəzura 1 milyard manata yaxın pul qoyub.

Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib. 

Operativ Media Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 % azdır. 

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 %-i istifadə olunub. Bu isə 1 il əvvələ nisbətən 11,6 faiz bəndi azdır. 

Digər xəbərlər