Ərdoğan və Zelenski telefonla danışıb - YENİLƏNİB

Əsəd Abbaslı
Ərdoğan və Zelenski telefonla danışıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli əlaqələr, regional və qlobal proseslər müzakirə edilib.

Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, ölkəsinin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Dövlət başçısı, həmçinin danışıqlarda əsir mübadiləsi barədə əldə olunan razılaşmanın qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu söyləyib.

Prezident Ərdoğan İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə yol açacağını qeyd edib.

Türkiyə lideri nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra dövlət başçıları səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesi üçün faydalı olacağını və bunu ləngimədən reallaşmalı olduğunu diqqətə çatdırıb.

23:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi və regiondakı son vəziyyət müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə sülhün bərqərar olması üçün diplomatik töhfə verməyə və vasitəçi rolunu üzərinə götürməyə hazırdır.

Zelenski isə qeyd edib ki, Rusiya danışıqları nəticəsiz qoymağa çalışır və görüşlərə ciddi hazırlıq vacibdir. 

Digər xəbərlər