İsrailin Qəzzada yardım üçün toplaşan insanlara hücumu nəticəsində 31 fələstinli ölüb

admin
İsrailin Qəzzada yardım üçün  toplaşan insanlara hücumu nəticəsində 31 fələstinli ölüb

Yüzlərlə mülki insan humanitar yardıma çatmaq üçün hərəkətdə olarkən İsrail ordusunun qüvvələri Rəfahın Mavasi bölgəsində zirehli maşınlardan birbaşa atəş açıb.

Operativ Media xəbər verir ki, bu barədə WAFA məlumat yayıb.

Hücum nəticəsində 31 fələstinli ölüb, 150 nəfər isə yaralanıb.

Məlumatda qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar çoxluq təşkil edir.

Digər xəbərlər