İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların ikinci raundu başa çatıb.
Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Məlumatda qeyd olunub ki, görüş təxminən 1 saat çəkib.
***
16:27
İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların ikinci raundu başlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ukrayna tərəfdən danışıqlarda müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsya, Ukrayna Təhlükəsizlik Xidmətinin sədr müavini Aleksandr Poklad və Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovskoy iştirak edir.