Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən görüşləri zamanı atəşkəsə nail olmaq və davamlı sülh üçün addımları müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bunu Zelenski öz teleqram kanalında bildirib.
"Prezident Trampla əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. İnsanlarımızın necə qorunmalı olduğu barədə danışdıq. Diqqəti və sülhün yaxınlaşmasına kömək etmək istəyini qiymətləndiririk. Təfərrüatlar - sonra", - o yazıb.
17:25
Vladimir Zelenski NATO sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Danışıqların təfərrüatları açıqlanmayıb.






