Menyu

Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib - FOTOLAR

Operativ Media
Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib - FOTOLAR

Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq yeni hakimlər üçün təşkil olunan üç mərhələli seminarın ikinci mərhələsi keçirilib.

AVF-dən Operativ Media-ya verilən məlumata görə, proqramın birinci mərhələsində test imtahanını uğurla keçmiş 23 nəfər ikinci mərhələdə iştirak edib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarı AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb, yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.

Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, növbəti test imtahanı keçirilib. Nəticələrə əsasən iştirakçılar seminarın üçüncü mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, belə seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər